Medvedçukun həyat yoldaşının əmlakına həbs qoyuldu

20:33 23.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynalı siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenkonun 153 milyon dollar dəyərində əmlakına həbs qoyulub, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, həbs 3 rayonda elektrik şəbəkəsinin paylarına aiddir. Oksana Marçenko bu səhmləri ofşor şirkətlər vasitəsilə idarə edib.

Bundan başqa, ona məxsus 2 torpaq sahəsi, 4 ev, 10 minik avtomobili və 18 müəssisədəki əmlakına da həbs qoyulub.