Medvedev Rusiya Silahlı Qüvvələrinə qoşulanların sayını açıqlayıb

20:34 01.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2023-cü ildə Rusiya Silahlı Qüvvələrinə 452 min nəfər qoşulub. TASS xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Medvedevin fikrincə, Moskva, Sevastopol və Çeçenistan RF Silahlı Qüvvələrinin “doldurulması”na xüsusilə punktual yanaşıblar. Çeçenistan Respublikasında 30 min insan səfərbər edilib.

“Respublikada döyüş tapşırıqlarına namizədlərin hazırlanması istiqamətində xeyli iş aparılır. Qudermesdəki Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində 15 mindən çox könüllü təlim keçib”.

2023-cü ilin oktyabrında Medvedev 357 min müqaviləli əsgərin xidmətə girdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu rəqəmə həm müqavilə bağlamış ehtiyatda olan hərbçilər, həm də könüllülər daxildir, Medvedev aydınlaşdırıb.

Oxunma sayı 753