Medvedev Ukraynanı xəritədə saxlamağı ABŞ-ın qələbəsi adlandırıb

13:36 13.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Baydenin Ukrayna ilə bağlı yeni bəyanatları o deməkdir ki, amerikalıların qələbəsi sadəcə olaraq bu ölkəni xəritədə saxlamaq olacaq. Bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Teleqram kanalında bildirib.

Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə deyib ki, Ukrayna müstəqil dövlətdir.

“Sərhədlərin və suverenliyin əhəmiyyəti yoxdur. Məsələn, o, Lvov sərhədləri daxilində qalacaq”, - Medvedev Amerika liderinin sözlərini şərh edib.