Yazını böyüt
Yazını kiçilt
Dekabrın 4-ü, saat 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazar Günel Natiqin “Məhəbbət quşları” kitabının imza günü keçiriləcək.
Hafta.az xəbər verir ki, kitabda müəllifin son illərdə qələmə aldığı hekayələr yer alıb. Hekayələrin mayası, mənası həyatın içindən gəlir. Yazar cəmiyyətdə baş verənlərə, insan taleyinə, həyata biganə olmadığını bu kitabda qeyd edib.
Qeyd edək ki, “Mütərcim” nəşriyyatında çap olunan kitabın redaktoru Rahil Tahirlidir.
