Məhkəmə Əfqan Sadıqov barədə qərar verdi

21:00 28.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun ekstradisiyası barədə qərar çıxarıb.

Hafta.az bu barədə "İnterpressnews" portalına istinadən xəbər verir.

Belə ki, bu gün Tbilisi Şəhər Məhkəməsinin hakimi Arsen Kalatozişvilinin sədrliyi ilə iclas keçirilib.

İclasda "Azel TV"nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasına qərar verilib.

Qeyd edək ki, Əfqan Sadıqov bu il avqustun 3-də Gürcüstanda həbs edilib.