Məkkədə fırtına səbəbindən məktəblər bir günlük bağlanıldı

13:45 23.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünən gecədən Məkkədə başlayan tufan səbəbiylə məktəblər bir günlük bağlanıb.

Hafta.az-ın SPA-ya istiumadən yazdığına görə, Məkkə Təhsil İdarəsi dünən gecədən başlayan tufan və leysan səbəbiylə çərşənbə günü təhsilin bir günlük dayandırıldığını açıqlayıb. Bildirilib ki, tufan və güclü yağışdan sonra məktəblərdəki vəziyyətə yenidən baxılacaq.

Məkkədən sosial media istifadəçilərinin paylaşdığı görüntülərdə Haramül Şərif ətrafında fırtınadan yollarda sürüklənən insanlar, şiddətli yağış və ildırım altında Kəbədə namaz qılmağa çalışan möminlərin yıxıldığı və ya divarlara çırpıldığı görülür.