Meksikada ağır yol qəzası nəticəsində 19 nəfər ölüb

09:00 07.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Meksikanın paytaxtı Mexikonu Puebla şəhəri ilə birləşdirən avtomobil yolunda yük maşını altı avtomobilə çırpılıb.

Hafta.az xarici KİV-lərə istinadla xəbər verir ki, yol qəzası nəticəsində 19 nəfər ölüb, 3 nəfər yaralanıb.

Toqquşmadan sonra bir neçə avtomobil tamamilə yanıb, ilkin ehtimala görə qəzaya səbəb yük avtomobilinin əyləc sistemində yaranan nasazlıq olub.