Məktəblərdə monitorinq başlayır

13:29 13.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

4-6-cı sinif şagirdləri üçün monitorinq imtahanları keçiriləcək, bu, tədrisin keyfiyyəti üçündür.

Hafta.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, monitorinq imtahanlarında 310 mindən çox şagird iştirak edəcək:

“İlk dəfə bu il 10 minə yaxın şagird bu imtahanları elektron qaydada verəcək”.