Mənzil kirayə verilir - aylıq 37 min dollara

10:30 06.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskva şəhəri hər zaman mənzillərin satış və kirayə qiymətlərinin yüksək olması ilə seçilsə də, bu dəfə daha maraqlı və bəlkə də təəccüblü bir xəbərlə gündəmə gəlib.

Hafta.az-ın yazdığına görə, bu dəfə Moskvada ən bahalı kirayə mənzil üçün tələb olunan ödəniş bəlli olub - ayda 2,8 milyon rubl və ya 37 min dollar. Mənzil paytaxtın Hamovniki rayonunda, şəhərin prestijli küçələrindən sayılan Ostojenka və Preçistenskaya Naberejnaya küçələrini birləşdirən Butikovski yan küçəsində yerləşir.

Rusiyanın məşhur memarlarından Sergey Skuratovun imzası olan binanın birinci mərtəbəsində yerləşən mənzil kirayə bazarında təkcə Moskvada deyil, bütün Rusiyada ən bahalı mənzildir.

Məlumata əsasən, 5 otaqlı sözügedən mənzilin yaşayış sahəsi 293 kvadratmetrdir.