Mərakeş Nümayəndələr Palatasının Ədalət və Qanunvericilik Komitəsinin sədri, Xalq Hərəkatı Partiyasının deputatı Məhəmməd Mubdi maliyyə korrupsiyası ittihamı ilə açılan istintaq çərçivəsində saxlanılıb.
Hafta.az-ın yazdığına görə, Mubdi Rabatdakı evində saxlanılıb. O, bələdiyyə ilə bağlı maliyyə korrupsiyası ittihamı müstəvisində aparılan istintaq çərçivəsində Kasablankadakı Milli Məhkəmə Polisi Briqadasının (pul cinayətlərinə cavabdeh olan xüsusi polis briqadası) qərargahına aparılıb. Məhkəmə-tibb mənbələrinin məlumatına görə, şübhəlinin Kasablanka Apellyasiya Məhkəməsində prokurorluğa sövq ediləcəyi gözlənilir.
Xalq Hərəkatı Partiyası, Mubdinin saxlanmasından sonra verdiyi açıqlamada, "Fakih Binsalah millət vəkili Məhəmməd Mubdi ilə bağlı işi başdan sona böyük maraqla izləyirik" deyib.
Partiya aylar əvvəl polis araşdırmasına məruz qalmasına baxmayaraq, Mubdini "Ədalət və Qanunvericilik Komissiyası"na rəhbərlik etməyə namizəd göstərib. Mübdi ötən cümə günü komissiyanın rəhbəri seçilib. Partiya, Mubdinin "Nümayəndələr Palatasının Ədliyyə, Qanunvericilik və İnsan Haqları Komitəsinin sədri vəzifəsinə namizədliyinin konstitusiya müddəalarına əsaslandığını" açıqlayıb.
Xalq Hərəkatı Partiyasının bəyanatında deyilir: "Mübdi məhkəmə orqanları tərəfindən heç bir təqib edilmədən səlahiyyətli ədliyyə polisi tərəfindən araşdırılır. Şübhə təqib və ya məhkumluq səviyyəsinə yüksəlməyib. Mubdinin parlamentdə öz vəzifəsini qəbul etməsini normal edən əsas da elə budur. O, qanunla təmin edilmiş bütün siyasi və vətəndaş hüquqlarından istifadə edir”.