Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi açıqlandı

13:20 25.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2025-ci ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf diapazonunda saxlanılmasıdır.

Bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Mərkəzi Bankı sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, bu, iqtisadi aktivlik üçün əlverişli şərait yaradır.

T.Kazımov əlavə edib ki, növbəti ildə inflyasiyanın 5.8 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.