Kassada fırtınalı və 2 milyard dollar gəlir əldə edən “Conjuring” serialı finala hazırlaşır.
Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, Uarner Bros. məşhur serialın son filmi 5 sentyabr 2025-ci ildə kinoteatrlarda nümayiş etdirəcəyini açıqlayıb.
Fövqəltəbii qorxu seriyası “The Nun”, “Annabelle” və “The Curse of La Llorona” kimi prekvellər və spinofflarla “Conjuring” kainatını genişləndirib.
2013-cü ildə Ceyms Vanın rejissoru olduğu və Piter Safranın prodüserliyi ilə çəkilmiş “The Conjuring” filmi ferma evində qaranlıq bir varlığın qorxusuna məruz qalan bir ailə haqqında idi. Paranormal tədqiqatçılar Ed və Lorreyn Uorren dəhşətə gələn ailəyə kömək etməyə çalışıblar.
Film dünya üzrə 319 milyon dollar əldə edərək böyük uğur qazandı.
Serialda bu günə qədər ən çox gəlir gətirən film 2018-ci ilin “Dəhşətin üzü”dür. Bu film Vatikan tərəfindən Rumıniyadakı ucqar bir monastıra bir rahibəni araşdırmaq üçün göndərilən naşı rahibə İreni izləyir. Film dünya üzrə 366 milyon dollar qazanıb.
2021-ci ildə nümayiş olunan “The Conjuring: The Devil Made Me Do It” filmi sayəsində serialın ümumi məbləği 2 milyard dollar həddini keçib.
2023-cü ildə çəkilən 9-cu “Conjuring” filmi “The Nun II” dünya üzrə daha 269 milyon dollar qazana bilib.