Məşhur aktyor Stiv Buscemi Netflix-in ən populyar seriallarından olan” “Wednesday ın ikinci sezonun heyətinə qatılıb.
Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, Busceminin canlandıracağı obrazın təfərrüatları gizli saxlanılsa da, mənbələr onun Nevermore Academy-nin yeni direktoru rolunu oynayacağını bildirirlər.
Addams ailəsinin qızı olaraq “Wednesday”a qayıdan Janna Ortegadan başqa serialın maraqla gözlənilən yeni mövsümü haqqında çox az təfərrüat var.
İlk mövsüm “Wednesday” bir sıra dəhşətli cinayətləri uğurla çözməklə, həmçinin Nevermore və tələbələri xilas etməklə başa çatıb.
66 yaşlı veteran aktyor Buscemi eyni ölçüdə həm dramatik, həm də komediya rollarını oynamaq bacarığı ilə tanınır.
Reservoir “Dogs”, “Fargo” və “The Death of Stali” kimi filmlərdə rol alan aktyor “Boardwalk Empire” və televiziya əfsanəsi “The Sopranos” kimi seriallarda da yer alıb.
8 dəfə Emmi mükafatına namizəd olan aktyor bu mükafatı 2016-cı ildə Stiv Buscemi ilə “Park Bench” filminə görə qazanıb.
“Wednesday” ilk dəfə 2022-ci ilin noyabrında nümayiş olunub və Netflix üçün ani hitə çevrilib.
Yayımcının ən çox baxılan seriallarından olan “Wednesday” 12 kateqoriyada Emmi mükafatına namizəd olub və onlardan 4-nü qazanmağı bacarıb.
Serialın ikinci mövsümü ilə bağlı işlər yazıçı və aktyor tətilləri səbəbindən təxirə salınıb və bu, Hollivudda demək olar ki, bütün layihələrin 2023-cü ildə dayanmasına səbəb olub.
“Wednesday” yeni mövsümün istehsalına aprelin sonunda İrlandiyada başlanacağı gözlənilir.
Məşhur serialın yaradıcıları Alfred Qough və Miles Millar həm də şoumenlər və icraçı prodüser kimi fəaliyyət göstərirlər.