Məşhur aktyorun yeni filmindən fırtınalı başlanğıc

10:06 24.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sony Pictures və Wayfarer Studios tərəfindən istehsal edilən və Blak Layvelinin baş rolda olduğu “It Ends With Us” filminin ilk treyleri böyük təsir bağışlayıb.

Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, ötən cümə axşamı yayımlanan treyler ilk 24 saat ərzində 128,1 milyon dəfə izlənilib. Treylerin baxış sayı bu günə kimi 222 milyona çatıb.

Ötən il məşhur mədəniyyət fenomeninə çevrilən Qreta Qerviqin “Barbie” filmi 101,6 milyon, super qəhrəman filmi “The Marvels”i isə 90,6 milyon dəfə izlənilib.

Zendayanın baş rolda olduğu və keçən ay yayımlanan “Challengers” filminin treyleri 75 milyon, “The Hunger Games” serialının son hissəsi olan “Oğuz quşları və ilanlar balladası” isə 61,6 milyon izlənilib.

Castin Baldoninin rejissorluq etdiyi “It Ends With Us”, məşhur romantika müəllifi Kollin Huverin 2016-cı ilin ən çox satılan kitabından uyğunlaşdırılıb.

Kristi Hall tərəfindən böyük ekran üçün uyğunlaşdırılan film travmatik uşaqlıqdan sonra Bostonda yeni həyata başlayan və həmişə arzuladığı biznesə başlamağa çalışan Lili Blumun hekayəsindən bəhs edir.

Lili təsadüfən cazibədar neyrocərrah Ril Kincaydla tanış olduqda, tezliklə onların arasında dərin sevgi başlayır. Lakin bir müddət sonra Lilinin köhnə sevgisi yenidən həyatına daxil olduqdan sonra münasibətlərində problemlər yaranır.

Baş rolda Bleyk Livelini həm də filmin rejissoru olan 40 yaşlı Baldoni müşayiət edir.

Cenni Sleyt, Hasan Minhac və Emi Mortonun da rol aldığı filmin icraçı prodüserləri arasında 36 yaşlı Bleyk Liveli də var.

“It Ends With Us” filminin avqustun 9-da ABŞ-da nümayişi planlaşdırılır.

Oxunma sayı 199