Tanınmış rusiyalı komediya ustası Qarik "Bulldog" Xarlamov məşhur əyləncə şousu Comedy Club-un bağlanacağını açıqlayıb.
Hafta.az-ın “Argumenti i Faktı”ya istinadən yazdığına görə, Xarlamov açıqlamasında deyib: “Əziz dostlar, bu gün sizinlə həqiqətən vacib xəbərləri paylaşırıq. Comedy Club-ın bağlanacağını təsdiq edirik”.
TNT kanalının mətbuat xidməti də elanı təsdiqləyib.
Comedy Club-ın son bölümü 20 sentyabr cümə günü saat 21:00-da yayımlanacaq. “Qadın Stand-Up”un ulduzları Bella Malu, Olqa Malaşenko və Varvara Şerbakova ilk dəfə sonuncu proqramda qonaq olacaqlar.
2005-ci ildə fəaliyyətə başlayan “Comedy Club” 20 televiziya mövsümü ərzində 800-dən çox orijinal seriya ilə tamaşaçıların qarşısına çıxıb.
Qarik Xarlamov əvvəllər Comedy Club-un yaradıcı prodüserlərinə qoşulmuşdu. Komediyaçı proqramın “yenidən işə salınacağını” bildirib.