Məşhur fizikin avtomobili satışa çıxarıldı

10:24 14.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərhum fizik Stiven Hokinqin şəxsi avtomobili Britaniyanın Silverstone hərracında satışa çıxarılıb.

 

Hafta.az xəbər verir ki, tanınmış alim 1995-ci ildə öz toyunda “Volkswagen Caravelle GL 112” mikroavtobusundan istifadə edib.

 

1988-ci il istehsalı olan avtomobil 112 at gücünə malik 2,1 litrlik benzin mühərriki ilə təchiz edilib. Onun yürüş məsafəsi 145 min km-dir.

 

Hərrac avqustun 27-də keçiriləcək.

 

Qeyd edək ki, Hokinq 2018-ci ilin martında 76 yaşında vəfat edib.

Oxunma sayı 130