“Jack Reacher: Never Go Back” filminin rejissoru Edvard Zvik filmin kassadakı zəif performansından danışıb.
Hafta.az-ın yazdığına görə, rejissor Kristofer MakQuarrie tərəfindən Li Çayldın ən çox satılan kitablarından uyğunlaşdırılan ilk “Jack Reacher” filmi 2012-ci ildə çəkilin.
Tom Kruzun keçmiş ordu müfəttişi rolunu oynadığı film, tənqidçilərdən bir qədər pis rəylər alsa da, tamaşaçıların diqqətini çəkməyi bacarıb.
2016-cı ilin davamında Zvik rejissor vəzifəsini MakQuarriedən alıb.
“Jack Reacher: Never Go Back” filminin mərkəzində köhnə ordu bazasına qayıdan, mayor Syuzan Törnerə qarşı sui-qəsdin üstünü açaraq günahsızlığını sübut etməyə çalışan Cek Riçer dayanırdı.
Film uğursuz olub və bununla kifayətlənməyib, bütün serial gödən salıb.
71 yaşlı rejissor "Hit, Flops, and Other Illusions: My Fortysomething Years in Hollywood" adlı yeni kitabında filmin uğursuzluğuna da toxunub.
Aksiyonun kassadakı uğursuzluğuna görə bütün məsuliyyəti öz üzərinə götürən rejissor hekayəyə öz yozumunu əlavə etmək istəyinin tamaşaçıları özündən uzaqlaşdırdığını etiraf edib. “2016-cı ildə Tom Krula birlikdə çəkdiyimiz “Never Go Back” filmi kassada uğursuzluqla nəticələndi” deyən rejissor, tamaşaçıların “Cek Riçer” və “Paper Moon” qarışığı bir filmdən xoşlanacağını deyib: "Mən yalnız özümü günahlandırıram. Kobye Smulderslə "Bunun üzərində çox yaxşı vaxt keçirdim və roman yaarı Li Çayldın qəhrəmanını təsvir etdiyi kimi, 190 sm boyunda olmadığına görə, əlbəttə ki, Tom günahlandırmıram. Tom üçüncü bir filmi yaratmaq üçün zəng edərsə, məmnuniyyətlə qəbul edərəm".
60 milyon dollar təxmin edilən büdcə ilə çəkilmiş ilk “Cek Riçer” filmi kassada 218,3 milyon dollar gəlir əldə edib.
Tənqidçilər filmi o qədər də bəyənməsələr də, MakQuarrie - Kruz işbirliyinin tamaşaçılar tərəfindən bəyənildiyi üə çıxıb.
Davamının yenidən 60 milyon dollar büdcəyə sahib olacağı təxmin edilir. Müqayisə üçün, “Never Go Back” bütün dünya üzrə cəmi 162,1 milyon dollar qazanıb. Bu, filmi maliyyə fəlakətinə çevirməsə də, birinci filmlə müqayisədə əhəmiyyətli dərəcədə azalma deməkdir.
Oskar mükafatı laureatı Edvard Zvik “Love & Other Drugs”, “Blood Diamond” və “Legends of the Fall” kimi filmləri ilə tanınır.