Məşhur YouTuber qorxu filmi çəkdi

09:20 18.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Müstəqil istehsal və paylama şirkəti Neon, keçən həftə sonu nümayiş olunan Nikolas Cagein baş rolda oynadığı “Longlegs” filminin uğurundan sonra yeni layihəsini müəyyənləşdirib.

Hafta.az-ın “İndiw Wire”a istiandən yazdığına görə. Neon, YouTuber Kris Stukmanın uzunmetrajlı rejissor debütü olan “Shelby Oaks” dəhşət filmini tapmaq üçün dünyamiqyasında hüquqlar əldə etdiyini açıqlayıb.

Stukman 2 milyondan çox abunəçisi olan və filmləri nəzərdən keçirən YouTube kanalı ilə tanınır.

“Shelby Oaks”, itkin düşən bacısı Raylini çılğınlıqla axtaran Mia adlı gənc qadından bəhs edir.

Film araşdırmaları zamanı uşaqlıq illərinə təsadüf edən paranormal güc kəşf edən YouTuber-lara diqqət yetirir.

“Shelby Oaks” dünya premyerasını həftəsonu Fantasia Beynəlxalq Film Festivalında edəcək.

Dəhşət filmində baş rolları Kamil Sallivan, Brendan Sekston III və Sara Durn ifa edirlər.

36 yaşlı Stukman, həmçinin Aaron B. Koontz, Eşliy Snad və Kameron Burnsla birlikdə filmin prodüseridir. Digər prodüserlər arasında qorxu serialları və filmləri ilə məşhur olan Mayk Flanagan da var.

Neon-un rəqibi A24 də keçən il YouTuber qardaşları Danni və Maykl Filippou tərəfindən çəkilən “Talk to Me” ilə böyük uğur qazandı.