Məşhurlar Fələstinə dəstək mesajları paylaşıblar

11:00 13.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyaca məşhur sənət adamları İsrail-Fələstin münaqişəsi ilə bağlı sosial media hesablarında Fələstinə dəstək paylaşıblar.

Hafta.az-ın yazdığına görə, livanlı aktrisa Lila Abdallah İnstaqram hesabında İsrailin Qəzzaya hava zərbələri endirməsindən sonra bölgədəki dağıntıları əks etdirən videolar paylaşıb. Mövzu ilə bağlı çoxlu paylaşımlar edən Abdullah dünyanı Fələstinə dəstək olmağa çağırıb.

İngilis rep musiqiçisi Louki İnstaqram səhifəsində İsrailin Qəzzaya hücumlarında çox sayda uşağın həyatını itirdiyini bildirib. Louki başqa bir yazısında İsrail hökumətinin fələstinlilərə böhtan atdığına diqqət çəkib.

Fələstin əsilli amerikalı model Gigi Hadid sosial media hesablarında İsrailin hücumları ilə bağlı yazıb: "Dualarım bu haqsız faciədən əziyyət çəkən hər kəs üçündir. Bu münaqişə hər gün günahsız insanların həyatına son qoyur və əksəriyyəti uşaqlardır". Hadid baş verənlərə görə kədərləndiyini bildirib: “Fələstinlilərin mübarizəsi və işğal altındakı həyatları ilə bağlı dərin kədər hissi keçirirəm və onların hisslərini bölüşürəm”.

İsveçli musiqiçi Zara Larsson şəxsi İnstaqram hesabında Fələstində yaşanan dram qarşısında dünyanın Ukraynaya dəstəyini xatırladıb və "Rusiya hücum edəndə Ukraynaya dəstək verilir, Fələstinə isə dəstək verilmir" deyib.

Pakistan əsilli ingilis müğənni Zayn Malik də İnstaqram hesabında "Fələstini Azad" şərhi ilə öz şəklini paylaşaraq Fələstinə dəstək olub.

Amerikalı aktyor Dvayne Conson sosial şəbəkədəki paylaşımında İsrail-Fələstin münaqişələri ilə bağlı kədərinə işarə edərək, "Həll üçün dua edirəm. Bütün günahsız həyatlar üçün dua edirəm" deyib.

Britaniyalı rəssam Yusuf İslam sosial media hesablarında "İnsanlıq: itirilmiş səbəb? Yanlış doğru yanlış ola bilməz. Yaşamaq, sığınacaq və kimlik hüququ hər kəs üçündür. Qəlbimizi açıq saxlayaq ki, süfrədə sülhə yer olsun" deyə paylaşım edib.

Amerikalı musiqiçi Demi Lovato İnstaqram hesabında günahsız mülki şəxslərin öldürülməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Hollivud aktyoru Mark Ruffalo bölgədə baş verən faciəli hadisələrdən narahat olduğunu ifadə edərək, "Tərifi mümkün olmayan ağrı və can itkisinə görə çox kədərlənirəm. Bu dəhşətli şiddətə son qoyulmalıdır" açıqlamasını paylaşıb.