Yazını böyüt
Yazını kiçilt
Çeçenistan parlamenti Rusiya Dövlət Dumasına cinayətkarların milliyyəti haqqında məlumatların kütləvi informasiya vasitələrində yayılmasını qadağan etməyi təklif edən qanun layihəsi təqdim edib. Hafta.az xəbər verir ki, Sənəd Rusiya parlamentinin aşağı palatasının elektron məlumat bazasında dərc edilib.
Qanun layihəsinin mətnində deyilir: “Kütləvi informasiya vasitələrində, habelə informasiya və telekommunikasiya şəbəkələrində cinayətlərin törədilməsində iştirak edən şəxslərin milliyyəti, dini və Rusiya Federasiyasının xalqlarına mənsubiyyəti haqqında məlumatların yayılması qadağandır”.
Təşəbbüsü irəli sürənlərin fikrincə, bu qadağanın tətbiqi Rusiyada millətlərarası və konfessiyalararası harmoniya və sülhün qorunması zərurəti ilə bağlıdır.