Mikayıl Müşfiq küçəsində hərəkət məhdudlaşdırılacaq

12:05 05.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 6-sı saat 07:00-dan iyulun 7-si saat 22:00-dək Bakı şəhərinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən Mətbuat prospektinədək) aparılan təmir işləri ilə əlaqədar hımin yolda avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə hafta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.