Millət vəkilinə sui-qəsd - BAŞINDAN VURULDU

15:44 30.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynada rus qoşunlarının nəzarətində olan Xerson şəhərində onların tərəfinə keçmiş ukraynalı deputat evində başından güllə ilə vurularaq öldürülüb.

Hafta.az bildirir ki, işğalçı qoşunlar şəhəri ələ keçirdikdən sonra tərəfini dəyişən və ruslar tərəfindən kənd təsərrüfatı məsələləri üzrə nazir müavini təyin edilən Aleksey Kovalevi ukraynalı partizanlar qətlə yetirib.

Keçmiş ukraynalı deputatın həyat yoldaşı bıçaqlanaraq öldürülüb.

Yerli media ov tüfəngi ilə vurulan Kovalevin cəsədini evdə anası tərəfindən tapıldığını yazıb.

İşğaldan əvvəl Ukrayna lideri Vladimir Zelenskinin partiyasından olan deputat Kovalevin öldürülməsi Xerson ətrafında beşinci analoji sui-qəsddir.