Milli Məclisin foyesində Qərbi Azərbaycan irsini tərənnüm edən sərgi keçirilib. Sərgidə deputatlar, media nümayəndləri və sərginin təşkil olunmasında məsləhətçi olaraq çıxış edən tarixçi alimlər qatılıblar.
Parlamentdə sərginin keçirilməsinin yüksək əhəmiyyəti ilə bağlı hafta.az-a danışan Cəbi Nəbiyev bu sərginin dünyaya böyük mesajlar verməsi ilə, qayıdış konsepsiyasının əsasını təşkil etdiyini bildirib. Cəbi Nəbiyev bildirib ki, sərgidə nümayiş olunan faktlar araşdırılaraq, tarixi mühüm faktları özündə əks etdirir.
"Bu sərgi bir daha bəyan edir ki, indiki Ermənistan əraziləri Qərbi Azərbaycan torpaqlarıdır. İmperialist qüvələr qeyri-legitim yollarla, yəni Azərbaycan xalqının razılığı, icazəsi olmadan həmin torpaqları Azərbaycandan qopararaq Ermənistana veriblər. Bu sərginin açılmasında Qərbi Azərbaycan icması xüsusilə böyük iş ortaya qoyub. Bu sərgi, həm də Qərbi Azərbaycanlıların öz yurdlarına qayıdışının ifadəsidir".