Milli Məclisin komitə iclasları başlayır

12:34 04.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin payız sessiyasının komitə iclasları başlayır.

Hafta.az-ın məlumatına görə, sentyabrın 8-də parlamentin Elm və təhsil komitəsinin iclası keçiriləcək.

Onlayn qaydada keçiriləcək toplantının gündəliyinə iki məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi.

2. Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il növbədənkənar sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı.