Minatəmizləmə şirkətinin əməkdaşını ilan sancıb

15:10 22.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 22-də Minatəmizləmə Agentliyi ilə (ANAMA) əməkdaşlıq edən RPS Energy Ltd. şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb.

Bu barədə hafta.az-a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nəticədə, nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardımla yanaşı, ilan sancması zamanı zəruri olan bütün müvafiq səylər göstərilib: "Həkimlərin peşakarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk yardım dəstində mövcud olan ilan əleyhinə zərdab vurulub. Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir".