Yazını böyüt
Yazını kiçilt
Mingəçevir şəhərinin mərkəzində, Axundov küçəsi-16 ünvanında yerləşən bir evdə partlayış olub.
Hafta.az xəbər verir ki, partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.
Hadisə nəticəsində evdə yaşayan ana və 5 yaşlı qız uşağı xəsarət alaraq şəhər xəstəxanasına aparılıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və həkim briqadaları gəliblər.
Partlayış nəticəsində binanın əksər ev və eyvanları da yararsız hala düşüb.