Minik avtomobili dərəyə aşıb: 2 nəfər ölüb

12:50 11.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə rayonun Qrızdəhnə kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi "Niva" markalı maşın dərəyə aşıb. Qəza nəticəsində sürücü və avtomobildəki sərnişin - 1970-ci il təvəllüdlü İlham Əhmədov həlak olub.

Qəza ilə bağlı araşdırma aparılır.