Minimum əməkhaqqı 250 manatdan 300-ə qaldırılır

11:28 05.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır.

Hafta.az xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub. 

Bundan əlavə, layihəyə əsasən ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının 170 manatdan 200 manata qaldırılması da təklif edilir.