Misir gömrüyündə qədim sikkələrin qaçaqmalçılığının qarşısı alınıb

17:36 06.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qahirə Beynəlxalq Hava Limanında gömrük işçiləri qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılan antikvar əşyaları və qədim sikkələri müsadirə ediblər.

Hafta.az xəbər verir ki, iki sərnişinin baqajında Osmanlı valisi Xediv İsmayıl Paşanın sarayında olmuş qədim şamdan, həmçinin Ptolemey sülaləsi və Qədim Yunan-Roma dövrünə aid sikkələr aşkar edilib. Numizmatika nümunələri arasında üzərində Herakl, Zevs və Bizans imperatoru II Konstantinin, habelə amfiteatr təsvirləri olan qızıl və gümüş sikkələr də var.

Qaçaqmalçılara qarşı Misir qanunvericiliyinin qədim əşyaların qorunması qanununun maddələrinə əsasən cinayət işi açılıb. Müsadirə olunmuş antikvar əşyalar və sikkələr isə yeni yaradılmış Böyük Misir Muzeyində təhvil veriləcək.