Misir hökuməti ötən mart ayı ərzində 120 min şikayət, sorğu və təcili yardım çağırışları aldığını və 96mindən çox şikayəti müxtəlif orqanlara göndərdiyini açıqlayıb.
Hafta.az yazır ki, Misir hökumətindən verilən açıqlamaya görə, baş nazir Mustafa Medbuliyə sistemin meneceri Dr. Tarik ər-Rufai tərəfindən sistemlə bağlı məlumat verilib.
Ər-Rufai, “Nazirliklər ay ərzində aidiyyatı orqanlara edilən ümumi şikayətlərin 67 faizini araşdırıb. Mənzil, Kommunal Təsərrüfat və Yeni Şəhər İcmaları, Sosial Həmrəylik, Daxili İşlər, Təchizat və Daxili Ticarət, Səhiyyə və Əhali, Rabitə və İnformasiya Texnologiyaları, Neft və Mineral Ehtiyatlar, Elektrik və Bərpa Olunan Enerji, Təhsil, Texniki Təlim və İşçi Gücü nazirlikləri müvafiq tələbləri müzakirə ediblər. Mart ayında onlara qarşı edilən ümumi şikayətlərin təxminən 91 faizinə baxılıb.
Ər-Rufai, ötən ay aidiyyəti orqanlara ünvanlanan ümumi şikayətlərin yüzdə 22-nin qubernatorluqlardan gəldiyini bildirib.
Medbuli hökumətin şikayət və istəkləri qəbul edərək vətəndaşlara kommunikasiya kanallarını təqdim etmək və şaxələndirmək üçün maksimum səy göstərmək əzmini vurğulayıb. O, səhiyyə, rifah və sosial müdafiə sektorları ilə koordinasiyalı şəkildə şikayət və müraciətlərin sürətli həllinə üstünlük verərək göstərilən xidmətlərin keyfiyyətini artıracaqlarını bildirib.