Misirdə hökumət rəsmilərinə qarşı korrupsiya istintaqı başlayıb

11:00 08.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misir məhkəmə sistemi dünən elan edib ki, prokurorluq düyü və şəkər kimi strateji mallar bazarını manipulyasiya etmək üçün korrupsiya cinayətləri törətməkdə ittihamladığı Ədliyyə Nazirliyində çalışan məmurlara və bir sıra digər rəsmilərə qarşı hərtərəfli araşdırmalar aparır.

Hafta.az-ın yazdığına görə, prokurorluğun araşdırmalarına əsasən, işdə Misirin Təminat Nazirliyinin rəsmiləri də daxil olmaqla doqquz müttəhim var. Təhlükəsizlik mənbələri, sözügedən şəxslərin istintaq tamamlanana qədər 15 gün həbsdə qalacağını bildirib.

Misir KİV-lərinin məlumatına görə, İnzibati Nəzarət Orqanındakı mənbə korrupsiya hallarından birinin təsdiqləndiyini bildirib. Mövzu ilə bağlı ilk araşdırmalar Misir bazarının son dövrlərdə yaşadığı şəkər böhranının arxasında sözügedən müttəhimlərin dayandığını göstərir.

Misir prokurorluğu təqsirləndirilən şəxsləri korrupsiya, rüşvətxorluq, neqativ təsir, dövlət pullarının israfı, malların saxlanması və strateji malların inhisarlaşdırılmasında ittihamlayıb.

Bazarlarda şəkərin kilosu 50 funta qalxdıqdan sonra Misir hökuməti bazara nəzarət üçün hərəkətə keçib. Məlumdur ki, bir dollar rəsmi səviyyədə 30,9 Misir funtu təşkil edir.

Təchizat Nazirliyi korrupsiya işinin açıqlanmasına münasibət bildirməyib. Misirin Ədliyyə naziri Əli əl-Museylihi dünən bazarlara vurulan şəkərin qiymətlərini endirərək kilosunu cəmi 27 funta satmaq barədə göstəriş verib.

Misir Prokurorluğu bu yaxınlarda belə bir açıqlama verib ki, bir tacir tərəfindən gizlədilən və yenidən paralel bazara çıxarılan 590 ton şəkər, o cümlədən 20 milyon funtluq neft və düyü kimi mallar ələ keçirilib.

Misir Sənaye Federasiyası Qida Sənayesi Palatasının Şəkər Departamentinin rəhbəri Həsən əl-Fendi “Misirin şəkər istehsalı istehlakın ən azı 90 faizini ödəməyə kifayət edir. Ona görə də son bir aydır dərinləşən böhranın heç bir əsası yoxdur” deyib.

Bununla belə, bazarların tez-tez yoxlanılması lazım olduğunu bildirən Fendi, xüsusilə də tədarükdəki korrupsiya probleminin həlli ilə bağlı gələcək dövrdə gözləntisi olduğuna diqqət çəkib.

Rəsmi məlumatlara görə, Misirdə yerli şəkər istehsalı ildə təxminən 2,8 milyon ton təşkil edir. İstehlak norması illik 400 min ton fərqlə 3,2 milyon tondur. Hökumət bununla bağlı özəl sektorla əməkdaşlıq edir və idxala arxalanır.

Ötən martda Misir hökuməti yerli ehtiyacları ödəmək məqsədilə üç ay müddətinə xaricə şəkər ixracını qadağan etmək qərarına gəlib.

Oxunma sayı 79
Dünya rubrikasından digər xəbərlər