MKİ Almaniyaya “Şimal axını”nda terrorla bağlı xəbərdarlıq edib

22:27 09.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 2022-ci ilin iyun-iyul aylarında Almaniya Federal Kəşfiyyat Xidmətini üç Ukrayna vətəndaşının “Şimal axını” boru kəmərində təxribat hazırlaya biləcəyi barədə xəbərdar edib.

Mənbələrin bildirdiyinə görə, sənəddə İsveç də daxil olmaqla Baltik dənizi ilə həmsərhəd ölkələrdə gəmi icarəyə götürməyə cəhd edən üç Ukrayna vətəndaşı haqqında məlumat verilib. WSJ qeyd edir ki, ukraynayönümlü qrupun məsuliyyəti ilə bağlı nəticələr “yekun deyil”, lakin Ukrayna vətəndaşlarının partlayışlarda əli ola biləcəyi ehtimalı istintaqın lap əvvəlindən istisna edilməyib.

WSJ-nin həmsöhbətləri həmçinin bildiriblər ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan 2022-ci ilin oktyabrında Ukraynanın qaz kəmərlərində təxribata görə məsuliyyət daşıması versiyasını işlək hesab ediblər, lakin hazırda Ukrayna hakimiyyət orqanlarının təxribatda iştirakını göstərən heç bir məlumat yoxdur.

Bundan əlavə, nəşr qeyd edir ki, Almaniya hakimiyyəti insidentlə bağlı öz təhqiqatını apararaq, fevral ayına qədər ilkin olaraq əsas şübhəli olan Rusiyanın təxribatda iştirak ehtimalını “faktiki olaraq istisna edib”.