MN: Naxçıvandakı mövqelərimiz atəşə tutulub

14:53 02.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 2-si saat 12:58-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən bildirilib.


Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.