Yazını böyüt
Yazını kiçilt
Moldovanın keçmiş prezidenti İqor Dodon ev dustaqlığından azad edilib. Bu barədə o, Telegram kanalında yazıb.
"Bu gün məni ev dustaqlığından azad etdilər" dedi Dodon. Onun bu cəza tədbiri altında son 6 ay olduğu bildirilir.
2022-ci il may ayının sonunda Moldovanın eks-prezidenti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, passiv korrupsiyada, qanunsuz varlanmada, dövlətə xəyanətdə və cinayətkar dəstə tərəfindən siyasi partiyanı maliyyələşdirməkdə şübhəli bilinir.