Yazını böyüt
Yazını kiçilt
Rusiya Krımı daha cəlbedici turizm mərkəzinə çevirmək üçün il boyu xidmət göstərəcək iki böyük turizm mərkəzi layihəsi üzərində işlərə başlanılıb.
Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadən yazdığına görə, “Zolotiye Peski Rossii” və “Krım Riviera” adlı layihələr çərçivəsində 17 otel və ölkənin ən böyük çimərliyinin inşası planlaşdırılır.
Uzunluğu 20 kilometrdən çox olacaq çimərliyin bir mövsümdə təxminən 1 milyon turist qəbul etməsi hədəflənir.
Bildirilir ki, Krım Rivierasında otellər, restoranlar, kafelər, çimərliklər, qapalı və açıq hovuzlar, akvapark, termal mərkəz, əyləncə mərkəzləri və uşaq mərkəzləri olacaq.
Yeni turizm mərkəzinin 2028-ci ildə istifadəyə verilməsi gözlənilir.