Yazını böyüt
Yazını kiçilt
ABŞ kəşfiyyatı Moskvanın Şimali Koreyadan artilleriya sursatları aldığını müəyyən edib, Hafta.az bildirir ki, bu barədə New York Times (NYT) yazır. Məxfilikdən çıxarılan kəşfiyyat məlumatlarında hansı növ silaha istinad edildiyi açıqlanmır - artilleriya mərmiləri və raketlər istisna olmaqla.
ABŞ hökumət rəsmilərinin fikrincə, bu, Rusiyaya qarşı sanksiyaların Kremlin Ukraynadakı müharibəni dəstəkləmək imkanlarına təsir göstərdiyini deməyə əsas verir.
Bundan əvvəl Rusiya hərbçilərinin İran istehsalı olan pilotsuz təyyarələrdən istifadə etməyə başladığı barədə xəbərlər yayılmışdı.
Keçən ay ABŞ rəsmisi Reuters agentliyinə demişdi ki, İran istehsalı olan Rusiya pilotsuz təyyarələri “çox sayda uğursuzluqla üzləşib”.