Moskvada mənzil tikintisində yaşanan böyük tənəzzül xəbərləri manşetlərə çıxmaqda davam etsə də, “xüsusi layihələrin” icrası dayandırılmır. Moskvanın göydələnlər tikilən rayonundakı “Moscow City” biznes mərkəzində lüks rezidensiya kimi istifadə olunacaq yeni göydələn hazırlanır.
Hafta.az-ın Business FM-ə istinadən yazdığına görə, 207 min kvadratmetr sahəsidə tikiləcək yeni göydələn iqamətgah və konqres mərkəzi kimi istifadə ediləcək.
Məşhur sovet fiziki, Nobel mükafatı laureatı Lev Landaunun xatirəsinə “Dom Dau” adlandırılacaq göydələn 340 metr hündürlükdə tikiləcək. “Capital Group” və “Summa Elementov” şirkəti tərəfindən tikiləcək göydələndə həmçinin dördmərtəbəli avtomobil dayanacağı, uşaq əyləncə mərkəzi, ofis, kafe və mağazalar yerləşəcək.
Moskvada 340 metr hündürlüyündə göydələn tikilir
13:35 13.04.2023
Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Sosial rubrikasından digər xəbərlər