Moskvada avtomobilləri qarın altından 5 min rubla çıxarırlar

09:05 07.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Meteoroloqlar bildirirlər ki, son 145 ilin ən güclü qarı Moskvaya yağıb. Şəhərdə qarın hündürlüyü 36 santimetrə çatıb.

Hafta.az-ın yazdığına görə, bəzi sürücülər bu il maşınlarını özləri qardan çıxarmaq əvəzinə bu xidməti göstərənlərə müraciət edirlər. “Moskvichmag” jurnalı yazırdı ki, bu il təmizlik haqqı 100 ilə 5 min rubl arasında dəyişir.

Jurnalın məlumatına görə, orta qiymət 1000 ilə 2000 rubl arasındadır. Bəzi təmizləyicilər 20 dəqiqə ərzində bütün avadanlığı ilə müştərinin məhəlləsinə gəlir və həm də avtomobilin qızdırılması, akkumulyatorun doldurulması xidməti göstərirlər.

Şəhərdə qarın daha bir neçə gün davam edəcəyi gözlənilir. Həftənin sonuna yaxın havanın temperaturu mənfi 20 dərəcəyə enəcək.

Oxunma sayı 144