Moskvada daha 72 nəfər koronavirusdan ölüb

10:51 13.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 72 nəfər dünyasını dəyişib.

Hafta.az “TASS-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 9870-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 685,8 min insanda koronavirus aşkar olunub, daha 524,8 min nəfər isə müalicə olunaraq sağalıb.