Moskvada dava: İki şirkətin işçiləri əlbəyaxa oldular

10:17 14.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvanın göydələnlər rayonu olan “Moskva Siti”də iki şirkətin işçiləri arasında baş verən dava Rusiya mətbuatının gündəmini zəbt edib.

Hafta.az-ın yazdığına görə, bildirilib ki, Federasiya Qülləsinin 80-ci mərtəbəsində fəaliyyət göstərən “Strategiya” və “Zavod PSM” şirkətlərinin işçiləri arasında dava düşüb. Davaya 16 nəfər cəlb olunub, nəticədə bəzi iştirakçıların kəllə, çənə və qabırğası sınıb.

Moskvichmag.ru saytının məlumatına görə, dava “Zavoda PSM” şirkətinin əməkdaşlarının digər şirkət tərəfindən “bəzi dələduzluqdan şübhələndikdən” sonra başlayıb. “Zavoda PSM” şirkətinin işçiləri “Strategiya” şirkətinin ofisinə külli miqdarda nağd pul gətirən qadına suallar veriblər və ertəsi gün “Strategiya” işçiləri bu sualları cavablandırıblar. Bildirilib ki, onlar şirkətin ofisinə gedərək “işlərimizə qarışmayın” deyiblər.

Polis və prokurorluq davaya müdaxilə edərkən, araşdırmada “Strategiya” şirkətinin müştəriləri üçün kripto pullara investisiya yatırmaqda vasitəçi olduğu, bu səbəbdən şirkətə “pul axını” olduğu müəyyən edilib.