Moskvada ev almaq üçün 34 il işləmək lazımdır

11:30 18.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Aparıcı daşınmaz əmlak şirkətlərindən olan “Cian” Rusiyada fərdi ev almaq üçün hansı şəhərdə nə qədər gəlir əldə etməli olduğunu hesablayıb.

Hafta.az-ın yazdığına görə, bu gün Rusiyada şəhərdən kənarda fərdi evlərin orta qiyməti 17 milyon rubl təşkil edir. Müqayisə üçün, bu rəqəm Moskvada 43,1 milyon rubl, Sankt-Peterburqda 18,6 milyon rubl, Krasnodarda 13 milyon rubl təşkil edir.

Tək otaqlı evlərin orta qiymətləri ən aşağı olan yerlər Perm (4,5 milyon rubl), Omsk (4,1 milyon rubl) və Volqoqraddır (3,8 milyon rubl).

Şəhərdən kənarda fərdi ev almaq üçün moskvalılar 34 il işləyib pul yığmalıdırlar.

Omsk, Krasnoyarsk və Volqoqradda yaşayanlar 12 illik, Sankt-Peterburqda 21 illik, Yekaterinburqda isə 7 illik maaşla ev almaq mümkündür.