Moskvada qrip və tənəffüs yolu xəstəliklərinə yoluxanların sayı paytaxt əhalisinin 20 faizini ötüb. Bələdiyyə səhiyyə idarəsi bildirir ki, hər gün təqribən 25 min insan tənəffüs yolu xəstəliklərinə yoluxur.
Hafta.az-ın yazdığına görə, həkimlər epidemiyanın mövsümi normalar daxilində olduğu qənaətindədirlər. Bu il "Kovid" də mövsümi xəstəliklərdən birinə çevrilib. Bununla belə, RBC-nın məlumatına görə, Sputnik V və Sputnik Light peyvəndləri artıq şəhərin iri özəl klinikalarında tətbiq edilmir.
Digər tərəfdən, moskvalılardan payız depressiyası ilə necə mübarizə apardıqları soruşulub. "Moslenta"nın sorğusuna qatılanların 26 faizi bu suala “seks”lə cavab verib. 16 faizdən ibarət qrup öz qohumları və işlərində təsəlli tapır. İdmanla depressiyanı aradan qaldırmağa çalışanların nisbəti 15 faizdir. Respondentlərin 14 faizi alış-verişə, 13 faizi isə qidaya güvənir.
Sorğu barədə xəbər yayan “Moskviçmaq” portalı cavablar arasında alkoqolla bağlı cavabın olmamasına diqqət çəkib.