Moskvada həyəcan siqnalı verildi...- “Hamı təcili sığınacaqlara!..”

22:25 09.03.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Son zamanlar Rusiyada tez-tez hava hücumu xəbərdarlığı elan edilir: ya haker hücumu, ya da xəbərdarlıq sisteminin sınaqdan keçirilməsi...

Cümə axşamı, martın 9-da da Moskvada radio və televiziyada hava xəbərdarlığı elan edilib və dərhal sığınacaqlara getməyə çağırış edilib.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya KİV-i Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadla məlumat yayıb.

Kreml təbliğatçıları isə dərhal radio və telekanalların serverlərinin sındırıldığını elan ediblər.

Kreml nəşri olan “TASS”-ın Rusiya Fövqəladə Hallar Nazirliyinin bəyanatından sitat gətirib: "Moskvada hava hücumu xəbərdarlığının elan edilməsi ilə bağlı yanlış məlumat səslənib. Bu, radiostansiyaların və telekanalların serverlərinin sındırılmasının nəticəsidir".

Teleqram kanallarında yayılan videolarda televiziya ekranlarında həyəcanlı mesajın necə göründüyü göstərilir: “Hamı təcili sığınacaqlara!”. Və bundan sonra Rusiyanın xəritəsini göstəriblər...