Moskvada Moda Həftəsi davam edir

09:45 04.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın mühüm dəb tədbirlərindən olan Moskva Moda Həftəsi xarici və rus dizaynerlərinin nümayişləri ilə başlayıb.

Hafta.az-ın yazdığına görə, paytaxt Moskvanın Manej Mərkəzi Sərgi Salonu və VDNH Sərgi Mərkəzində başlayan tədbirlər martın 8-dək davam edəcək.

Moda Həftəsi çərçivəsində keçiriləcək 120-dən çox moda nümayişində Rusiya ilə yanaşı Türkiyə, Çin, Braziliya, Hindistan, İndoneziya və Kosta-Rikadan dizaynerlər də kolleksiyalarını nümayişə çıxarıblar.

Manej-də keçirilən moda nümayişlərinin ilk günündə Lena Karnauxova, Perse-Neyg, Ermi, Bitte_Ruhe, Kuzina, İrmasari Codavinata, Za_Za, Dmitri Kidriavtsev, IBW, AO brendi, Abzayeva, by Das və Büro Unique moda evləri yeni kolleksiyalarını nümayiş etdiriblər.

İlk dəfə 2022-ci ildə keçirilən Moskva Moda Həftəsindəki moda nümayişini və digər tədbirləri 1,6 milyondan çox insan izləyib.