“Moskviç” bir ildə 27 min avtomobil istehsal etdi

10:17 22.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qərb avtomobil şirkətlərinin Rusiyadan çəkilməsindən sonra Moskva yaxınlığındakı köhnə “Renault” zavodunda yenidən istehsalına başlayan əfsanəvi sovet markası “Moskviç” bir il ərzində 27 min avtomobil istehsal edib.

Hafta.az-ın yazdığına görə, Çin avtomobil şirkəti ilə əldə olunan razılaşmalardan sonra sürətlə istehsal sektoruna qayıdan şirkət, gələn il “Moskviç” markası ilə 50 min avtomobili xəttdən endirməyi hədəfləyir.

Şirkətin korporativ əlaqələr üzrə direktoru Tatyana Redko bildirib ki, “Moskviç” zavodu 2022-ci ilin noyabrında istehsala başladığı vaxtdan bəri bir il ərzində 4,2 mini elektrik olmaqla 27 min avtomobil istehsal edib. Şirkət 2024-cü ildə 50 min avtomobil istehsal etməyi planlaşdırır.

Zavod "Moskviç 3" krossoverini və onun elektrik versiyası olan "Moskviç 3e", eləcə də yığılması sentyabrda başlayan "Moskviç 6" sedanını istehsal edir.

2024-cü ildə zavod “Moskviç 8 D” sinif krossoverinin və ola bilsin ki, “Moskviç 5” krossoverinin istehsalına başlayacaq.