Mövqelərimizi daha ciddi şəkildə müdafiə etmək üçün hazırlıqlı olmalıyıq - Siyavuş Novruzov

12:40 24.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“3+3 formatından sonra Azərbaycana qarşı təzyiqlər artacaq. Mövqelərimizi daha ciddi şəkildə müdafiə etmək üçün hazırlıqlı olmalıyıq”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruz bildirib.

S.Novruzov Avropa İttifaqında təmsil olunan deputatların, Azərbaycana qarşı qərəzli münasibətlərini təəssüflə qeyd edib.

“Bu gün Avropa ilə iqtisadi sahədə ən çox əməkdaşlıq edən ölkə Azərbaycandır. Azərbaycan Avropanın enerji təhlükəsziliyində iştirak edir.  Görünür ki, Avropa Parlamentində olan ölkələrin bir çoxu müstəqil deyil, öz siyasətini apara bilmir, orada qəbul olunan qərarlara qoşulmaq məcburiyyətində qalırlar”.

Siyasət rubrikasından digər xəbərlər