Müalicədən imtina edən vərəm xəstəsi həbs olunacaq

10:30 09.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da vərəmin müalicəsindən imtina edən xəstə haqqında həbs qərarı çıxarılıb.

Hafta.az-ın “NBC News”a istinadən yazdığına görə, Vaşinqton ştatının Payerce bölgəsində yerləşən Takoma şəhərində adı V.N. olaraq açıqlanan 42 yaşlı qadının həbsinə qərar verildiyi bildirilib.

Martın 3-də Takoma - Payerce Kounti səhiyyə şöbəsi tərəfindən verilən açıqlamada, xəstənin Payerce Kounti Həbsxanasına aparılmalı və oradakı xüsusi müəssisədə karantinə alınaraq müalicə edilməli olduğu bildirilib.

Sağlamlıq bölməsinin sözçüsü Naycel Turner "Bu vəziyyətlərdə xəstənin azadlığını ictimai sağlamlıq riskləri ilə balanslaşdırmağa çalışırıq. Ümid edirik ki, xəstə könüllü olaraq ən yaxşı variantı seçəcək" deyib.

Bildirilib ki, xəstəni 1 ilə yaxındır ki, müalicə almağa razı sala bilmirlər və bu prosesdə o, 16 dəfə məhkəmə qarşısına çıxarılıb. Fevralın 24-də keçirilən son məhkəmə iclasında bildirilib ki, xəstəyə dərman qəbul edərək evdə karantində qalmaq və ya həbsxanaya getmək variantı açıqlanıb.

Həbs qərarı çıxaran hakim Filip Sorensen xəstənin müalicədən niyə imtina etməsi barədə məlumat paylaşmayıb. Xəstənin vəkili Sarah Tofflemire də müvəkkilinin öz sağlamlıq vəziyyətini tam başa düşmədiyini iddia edib və hətta məhkəmə qərarlarının evinə göndərilməsinə davam etdiyi üçün intihar edəcəyini söylədi. Digər tərəfdən, V.N.-nin harada olduğu hələlik məlum deyil.

Qeyd edək ki, tibbdə vərəm kimi də tanınan bu xəstəlik hava-damcı yoluyla yayılan ağciyər xəstəliyidir. “Mycobacterium tuberculosis” bakteriyasının yaratdığı xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.