Müctəba 2000-dən çox məhkumu əfv edib

14:50 05.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei Qədir Xum bayramı münasibətilə bir qrup məhkumun əfv edilməsinə və cəzasının yüngülləşdirilməsinə razılıq verib.

Hafta.az xəbər verir ki, Müctəba Xamenei bununla bağlı ədliyyə orqanlarının rəhbəri Qulamhüseyn Ejeinin müraciətini qəbul edib.

İranın Ali Rəhbəri 2000-dən çox məhkumun əfv olunması və cəzasının yüngülləşdirilməsi ilə bağlı qərar verib./“Fars”/