Müəllimlərin orta aylıq əməkhaqqı artacaq

18:00 31.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son 2 il ərzində keçirilən sertifikatlaşdırma imtahanlarının nəticələrinə əsasən, 2023-cü ilin IV rübü üzrə təhsilverənlərin orta aylıq əməkhaqqı 830 manata çatacaq.

Bu barədə hafta.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, imtahanda 30-50 bal arası, eləcə də 51 bal və daha yuxarı nəticə göstərmiş şəxslər üzrə isə bu göstərici daha da yüksək olacaq.