Rusiyanın Təhsil Nazirliyi immiqrant uşaqlar üçün məktəblərdə rus dili səviyyəsinin yoxlanılacağını, onların rus dili səviyyəsinə uyğun olaraq siniflər və əlavə dil kurslarına başlanılacağını açıqlayıb.
Hafta.az-ın “İnterfaks”a istinadən yazdığına görə, təhsil naziri Sergey Kravtsov deyib ki, məktəblərdə mühacir uşaqların rus dilini bilmə səviyyəsini müəyyənləşdirmək üçün testlər tətbiq olunacaq və bu test nəticələrinə əsasən rus dilini öyrənmək üçün əlavə dərs saatları ayrılacaq.
Milli Təhsil Naziri əlavə edib ki, nazirlik mühacir uşaqların rus dilinə uyğunlaşmasını qiymətləndirmək üçün lazımi kurs və test materiallarını hazırlayıb və nazirliyin internet saytında yayımlayıb. Nazir bu qərarın miqrasiya mənşəli uşaqların məktəblərdə daha yaxşı təhsil almalarına kömək edəcəyini və pedaqoqların bu şagirdlərlə mümkün qədər səmərəli işləyəcəyini bildirib. Mühacir uşaqlar arasında tez-tez rast gəlinən uyğunlaşma və sosial problemlər hələ də davam edir. Lakin qeyd olunan işlərin bunu minimuma endircəyi güman olunur.
Digər tərəfdən, Federasiya Şurasının sədri Valentina Matviyenko immiqrant uşaqların adaptasiyası və inteqrasiyası məsələləri ilə bağlı ayrıca parlament iclaslarının keçirilməsini təklif edib.